İsrail Knesseti “erməni soyqırımı” məsələsini gündəlikdən çıxardı – səbəblər açıqlandı

Bu gün, 00:04           
İsrail Knesseti “erməni soyqırımı” məsələsini gündəlikdən çıxardı –
İsraildə “erməni soyqırımı”nın tanınması ilə bağlı müzakirələr gözlənilmədən dayandırılıb, arxasında diplomatik təmasların dayandığı bildirilir

İsrail parlamenti – Knesset “erməni soyqırımı”nın tanınması məsələsini gündəlikdən çıxarıb.

Bestmedia.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Haaretz nəşri yayıb.

Bildirilir ki, rəsmi Tel-Əviv bu addımla bağlı Azərbaycan tərəfini əvvəlcədən məlumatlandırıb.

Mənbələrin iddiasına görə, məsələ ilə bağlı səsvermə təşəbbüsü İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülsə də, sonradan proses dayandırılıb. Bu qərarın, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Prezident İlham Əliyev adından İsrail hökuməti ilə apardığı təmaslardan sonra verildiyi qeyd olunur.

Məlumata əsasən, Baş nazir Benjamin Netanyahu bu təşəbbüsün səsverməyə çıxarılmasını bloklayıb. Nəticədə məsələ parlamentin gündəliyindən çıxarılıb və yay tətili öncəsi keçirilən son plenar iclaslarda müzakirəyə təqdim edilməyib.

Qeyd olunur ki, İsrail hökuməti bu barədə Azərbaycan tərəfinə rəsmi şəkildə məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru