İran atəşkəsin hansı şərtlə qəbul olunduğunu açıqladı

Bu gün, 00:06           
İran atəşkəsin hansı şərtlə qəbul olunduğunu açıqladı
ABŞ ilə ilkin atəşkəs razılaşması İran Milli Təhlükəsizlik Şurasında məhdud çərçivədə keçirilən iclasda qəbul edilib.

NOCOMMENT.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi müsahibəsində deyib.

"Müharibə və ya atəşkəslə bağlı vəziyyətin təhlili vəzifəsi Milli Təhlükəsizlik Şurasına, qərar qəbul etmək vəzifəsi isə ali rəhbərliyə həvalə olunub", - o bildirib.

Əraqçinin sözlərinə görə, şuranın hər bir üzvü müvafiq sahə üzrə öz təhlilini təqdim etməli idi:

"Milli Təhlükəsizlik Şurasının ABŞ ilə anlaşma memorandumunun ratifikasiyasına həsr olunmuş iclası saat 21:00-dan 3:00-dək davam edib. İlkin atəşkəs razılaşması Milli Təhlükəsizlik Şurasının tam tərkibli iclasını keçirməyin mümkün olmadığı şəraitdə əldə olunub və atəşkəsin şərti ondan ibarət idi ki, İran tərəfindən irəli sürülmüş 10 təklif danışıqların əsası olmalı idi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru