Əraqçi Xameneinin öldürülməsinin təfərrüatını açıqladı - Kəşfiyyat sızması olmuşdu...

Bu gün, 00:11           
Əraqçi Xameneinin öldürülməsinin təfərrüatını açıqladı -
Hörmüz boğazı niyə elə ilk gündən bağlanmışdı? Çünki əvvəlcədən planlaşdırılmışdı ki, ali rəhbər hədəfə alınacağı təqdirdə Hörmüz boğazı dərhal bağlansın.

TEREF bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi İranın mərhum ali lideri Əli Xameneinin öldürülməsi ilə bağlı deyib.

"Düşmən bu görüşlərin keçirildiyindən xəbərdar idi və bu, kəşfiyyat sızmasının mövcudluğunu göstərir. Bu sızma, ehtimal ki, hələ də tam aradan qaldırılmayıb və araşdırılmalıdır. Təhlükəsizlik xidmətləri məsələ ilə bağlı araşdırma aparır.

Fikrimcə, onlar çox yaxşı bilirdilər ki, ali rəhbər hər səhər öz ofisində olur və bu da həmin məkanı asan müəyyən edilə bilən hədəfə çevirirdi. Lakin onlar eyni zamanda hərbi komandirlərin qonşu binada, yaxud bir-iki bina aralıda toplantı keçirdiyini də öyrənmişdilər. Məhz buna görə hücum üçün həmin vaxtı seçdilər", - o bildirib.

Qeyd edək ki, Əli Xamenei 28 fevral 2026-cı ildə ABŞ və İsrailin onun iqamətgahına zərbə endirməsi nəticəsində həlak olub. Bu zərbədə Xameneinin ailə üzvləri, o cümlədən 40-a qədər komandir də ölüb. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru