"Prezident məlumatların ondan saxlandığını ümumi şəkildə dedi" - Rauf Arifoğlu dediklərini korrektə etdi

21-07-2015, 15:07           
"Prezident məlumatların ondan saxlandığını ümumi şəkildə dedi" - Rauf Arifoğlu dediklərini korrektə etdi
Aznews.az saytının “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğludan prezidentli görüşə dair aldığı açıqlama yanlış yozumlara və təhriflərə məruz qalıb.

Sayta verdiyi açıqlamada R.Arifoğlu bildirib ki, prezident Mətbuat Şurasının idarə heyətinin üzvləri ilə görüşdə onlara xəbərləri internet üzərindən bilavasitə özünün oxuduğunu deyib və əlavə edib ki, bəzən bəzi xəbərləri ondan gizlətməyə çalışırlar.

Bəzi saytlar isə bu ifadədən uzaq gedən nəticələr çıxararaq informasiyaları prezidentdən konkret kimlərin gizlətdiyini “araşdırmağa” çalışıblar.

R.Arifoğlu bildirir ki, prezident İlham Əliyev onlarla söhbətində konkret ünvan göstərməyib, ümumi şəkildə deyib ki, bəzi məlumatları ondan gizlətməyə çalışırsalar da, görürlər ki, artıq onun xəbəri var. Prezident bu sözlərlə media və saytlar vasitəsilə o məlumatları izlədiyini, oxuduğunu diqqətə çatdırdı və dedi ki, bu baxımdan əməkdaşlığımızın davam etməsində maraqlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru