Səbailli “Gənc Heydərçilər” “Şahdağ” Turizm Mərkəzində - FOTOLAR

26-08-2015, 12:51           
Səbailli “Gənc Heydərçilər” “Şahdağ” Turizm Mərkəzində - FOTOLAR
Səbailli “Gənc Heydərçilər” Xaçmaz şəhərinin və Qusardakı “Şahdağ” Turizm Mərkəzinin qonağı olub.

Səbail Rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi ilə birgə Qusarda təşkil etdiyi “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsinin iştirakçıları Xaçmaz şəhərində olublar.

Layihə iştirakçıları əvvəlcə açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ilə yaxından tanış olublar. Bundan sonra “Gənc Heydərçilər” Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etdilər. Onların diqqətinə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var. Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib. Muzey 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Xaçmaz rayonu ilə tanışlığı davam etdirən düşərgə iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.

Sonra Heydər Əliyev Mərkəzində olan layihə iştirakçılarına Ulu Öndərin zəngin həyatı, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib. Düşərgə iştirakçıları Xaçmaz şəhərindəki parkları gəzib, xatirə fotoşəkilləri çəkdiriblər. Ertəsi gün “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsinin iştirakçıları Qusardakı “Şahdağ” Turizm Mərkəzində olmuşlar. Uşaqlar mərkəzdəki yay əyləncələrindən istifadə edib, onlar üçün böyük konsert proqrammı təşkil olunub. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru