Metro keçidlərində aptek açılır - "Zəfəran"dan sonra "Zeytun" gəlirmiş...

7-04-2016, 12:09           
Metro keçidlərində aptek açılır - "Zəfəran"dan sonra "Zeytun" gəlirmiş...
“Gənclik” metrostansiyasının keçidində aptek açılması üçün hazırlıq işləri gedir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına deyib ki, daha bir neçə stansiya keçidində apteklərin açılması planlaşdırılır:
“Yaxın vaxtlarda “Nəriman Nərimanov”, “Gənclik” və “Koroğlu” stansiyalarının keçidlərində apteklər fəaliyyətə başlayacaq”.

Qurum rəsmisi keçidlərdə fəaliyyət göstərəcək apteklərdə satılacaq dərmanlara hər hansı məhdudiyyət qoyulub-qoyulmayacağına da aydınlıq gətirib:

“Aptekin fəaliyyəti üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə müqavilə bağlanır, lisenziyanı isə Səhiyyə Nazirliyi verir. Yəni, apteklərdə hansı dərmanların satılacağı, hansılara məhdudiyyət qoyulacağı bizim səlahiyyətimizdə deyil.

Yəqin ki, icazə verilən dərmanlar satılacaq”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru