Cəlilabadda saxta "tibb bacı"ları buraxan məktəb- İDDİA

25-04-2016, 23:50           
Cəlilabadda saxta "tibb bacı"ları buraxan məktəb- İDDİA
Cəlilabad rayon Göytəpə şəhərindən teref.aznun poçtuna maraqlı bir şikayət məktubu daxil olub.
Məktubda yazılır:
"...Hələ saxta diplomlu mütəxəssisləri təmizləməmiş Göytəpənin mərkəzində yerləşən Göytəpə Mərkəzi Xəstəxanasında "tibb məktəbi" fəaliyyət göstərməyə başlayıb. Bu məktəbin fəaliyyətinə nə Təhsil Nazirliyi, nə də Səhiyyə Nazirliyindən icazə-lisenziya olmasa da kimlərinsə "krişalığında" hər şagirddən ayda 30 manat almaqla ildə 200-300 tələbə qəbul edilir...İldə 60 000-90 000 manat pul əldə edilərək məlum olmayan şəxslərin büdcəsinə gedir. Müasir dövrdə hüquq mühafizə orqanlarının gözünün qarşısında saxta diplom verilərək əhalinin aldadılmasına görəsən kim rəhbərlik edir ki, bilə -bilə heç kim buna mane olmur? Yəqin bu məlumat içtimailəşdirildikdən sonra dövlət orqanları bu qanunsuzluğa son qoyar".
Qarşı tərəfi dinləməyə hazırıq!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru