"Pensiyaçıların kreditlərə əlçatanlığı mütləq olmalıdır" - "Kapital Bank"ın rəhbəri

29-04-2016, 15:48           
"Pensiyaçıların kreditlərə əlçatanlığı mütləq olmalıdır" - "Kapital Bank"ın rəhbəri
Pensiyaçılara kreditlərin verilməsinin məhdudlaşdırılması "Kapital Bank" ASC-nin maliyyə göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Bunu "APA-Economics"ə açıqlamasında "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev deyib.

"Maliyyə Bazarlarına Nəzarət Palatası banklara belə bir tövsiyə verib. Yəqin ki, vaxt gələcək, bu kimi problemlərdən çıxış yolu ilə bağlı bizimlə məsləhətləşəcəklər. Mən başa düşürəm ki, təqaüdçülər kreditlər üzrə ödəniş etdikdən sonra onların sərəncamında qalan pulla yaşamaq mümkün deyil. Amma hesab edirəm ki, hansısa bir ortaq məxrəcə gəlinməlidir, hansısa bir forma tapılmalıdır. Çünki, pensiyaçıların bu vəsaitə əlçatanlığı mütləq olmalıdır", - deyə R. Allahverdiyev qeyd edib.

Xatırladaq ki, ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatası pensiyaçılara kreditlərin verilməsinin məhdudlaşdırılması ilə bağlı kredit təşkilatlarına tövsiyə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru