Bu binalar hər an çökə bilər - Cavabdeh kimdir? - AÇIQLAMA

8-01-2026, 16:14           
Bu binalar hər an çökə bilər - Cavabdeh kimdir? - AÇIQLAMA
Bir neçə həftə əvvəl Goranboy rayonunda qəzalı vəziyyətdə olan beş mərtəbəli binanın çökməsi əsrin yadigarı olan tikililərin vəziyyətini gündəmə gətirib.

Bu binalara kim nəzarət edir?

TEREF Milli.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı tikinti üzrə ekspert Ramil Osmanlı bildirib ki, Sovet dövründən qalmış bu binalar sonradan özəlləşdirilib və ayrı-ayrı şəxslərin mülkiyyətinə verilib:

"Bu binalar İcra Hakimiyyətinin nəzdində olan Mənzil Kommunal Təsərrüfat departamentlərinin balansına salınıb. Mütəmadi olaraq binaların idarə edilməsi texniki xidmətin göstərilməsi, istismar vəziyyətinin yoxlanılması, təmir həmin qurumlar tərəfindən həyata keçirilir.

Son illər mənzil qanunvericiliyi ilə bağlı edilən dəyişikliklərdən sonra MKTD fəaliyyəti demək olar ki, iflic vəziyyətə düşdü. Yaşayış standartlarının tələblərinə cavab verməyən və təhlükəli vəziyyətdə olan binalarla bağlı monitorinqlərin aparılması, onların qəzalı vəziyyətdə olması ilə bağlı rəylərin verilməsi həyata keçirilməlidir".

Ekspert qeyd edir ki, ölkəmizdə istismar müddətini başa vurmuş binaların sayı çoxdur. Bu binalara mütəmadi olaraq baxış keçirilməli, onların dayanıqlığı yoxlanılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]