Paşinyanın Ermənistanda Rusiyanın “kökünü” birdəfəlik kəsməyə başlayıb
Bu gün, 15:06
Nikol Paşinyan ölkəsindəki Rusiya şəbəkəsinə son zərbəni endirməyə başlayıb. “Müxalifət” donu geyinmiş Rusiya casuslarına qarşı hüquqi prosedurlar başlayıb. “Müxalif” partiya liderləri Robert Köşəryan və Gagik Tsarukyanın ölkədən çıxışına qadağa qoyulub. Onlar Rusiyaya qaçmaq istəyərkən hava limanında saxlanılıblar. Həmçinin başqa bir “müxalif lider” Samvel Karapetyanın və onun qardaşı qardaşı oğlunun da ölkədən çıxışı yasaqlanıb. Daha sonra Nikol Paşinyan sosial şəbəkə üzərindən açıqlama verərək bu 3 partiya liderinin ölkədən qaça bilməyəcəyini bildirib: “Robert Köşəryan, Gagik Tsarukyan və Samvel Karapetyan xəyal qursalar da, ölkədən qaçmalarına imkan verməyəcəyik”. Bəzi mənbələrin bildirdiyinə görə bu şəxslər Rusiyadan dəstək alaraq Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışdıqları üçün cinayət məsuliyyətinə cəlb ediləcəklər. Belə görünür ki, Paşinyanın Ermənistanda Rusiyanın “kökünü” birdəfəlik kəsməyə başlayıb. Bizim Yol