Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq

9-01-2026, 11:24           
Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq
Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bunu "Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan "Premium” və "Regular” benzin idxal olunacaq.

"Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, - o bildirib.

Məlumat üçün bildirək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları "Mega Trade” və "Shisha World” şirkətləridir.
Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana ilk tranziti üçün Gürcüstan tranzit haqqı almamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]