"Aksiz vergisi artırılan tütün məhsulları bahalaşacaq" - İqtisadçıdan AÇIQLAMA VİDEO

9-01-2026, 15:38           
"Aksiz vergisi artırılan tütün məhsulları bahalaşacaq" -
Homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlər üzrə aksiz dərəcəsi qaldırılıb. Belə ki, aksiz dərəcəsi hər kiloqrama görə yerli istehsal üçün 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb. Bununla da sözügedən məhsulun hər kiloqramına görə aksiz vergisi 140 manat artırılıb.


Bu dəyişiklik bazarda satılan bu növ məhsulların qiymətinə də təsirsiz ötüşməyəcək. Baku TV-nin məlumatına görə, bu dəyişiklikdən istifadə edən bəzi satıcılar qəlyan hazırlığında istifadə olunan tütün məmulatlarının da qiymətində də artım olacağını deyirlər.

Satıcılar mövcud vəziyyətlə belə deyiblər: "Aksiz vergisi qalxdığı üçün tütünlərin də qiymətinə təsir edib. Haradasa 3 manat fərq var".

İqtisadçı Xalid Kərimli isə qeyd edir ki, aksiz vergisinin məbləğinin artması birbaşa malın bahalaşmasına gətirib çıxarır:

"Aksiz vergisi artırılan bütün tütün məhsulları, verginin qiymətdə tutduğu paya uyğun olaraq bahalaşacaq. Hər biri üzrə fərqli qiymət əmələgəlmə qaydası var, amma ümumiyyətlə, aksiz vergisi satış qiymətinin üzərinə gəldiyi üçün tütün məhsullarının formasından asılı olaraq son satış qiyməti artacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]