Neftçilər Xəstəxanasından biabırçılıq — Boğazında balığın sümüyü qaldı, 1 saat baxılmadı

18-01-2026, 00:07           
Neftçilər Xəstəxanasından biabırçılıq —
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Neftçilər Xəstəxanasının Təcili yardım şöbəsində başına gələnlərlə bağlı paylaşım edib. Mirvari xanım bu barədə aşağıdakıları yazıb:
"#NeftçilərXəstəxanası, Ayıb olsun!!!
Dünən qızım nahar edərkən yediyi balığın(qurudulmuş) sümüyü qəflətən boğazına getdi.Bu da bərk ağrı,yanqı, verib tənəffüsü çətinləşməyə başladı. Onu #NeftçilərXəstəxanasınin Təcili yardım şöbəsinə apardım. Orda bir saata yaxın ağrıdan,həyəcandan qivrilan qızıma heç kim yaxınlaşmadı.Qeydiyyatda oturan xanımlara dəfələrlə yaxınlaşdım bir xeyri olmadı.Bir dəfə dodaqucu dedilər ki,liftin yanındakı ağ düyməni bas.Çaldığım zəngə də cavab verən olmadı.
Bir nəfər dedi ki,tez aparın Xətai Tibb Mərkəzinə.
Təşəkkür edirəm Xətai Tibb Mərkəzi
Xətai Tibb Mərkəzinin Təcili Yardım Mərkəzinə gedən kimi, həkim yaxınlaşdı,ilkin tibbi yardım göstərdi,aparatla baxdı ,evdə müalicəni davam etdirmək üçün lazımı göstərişlər verdi."
TEREF yazır ki, müraciət sosial şəbəkələrdə qzğın müzakirələrə səbəb olub. Hadisə ilə bağlı Neftçilər Xəstəxanasından hələlik rəsmi açıqlama verilməyib.
Ümid edirik ki, qarşı tərəf bir zamanlar nümunəvi bir xəstəxana kimi ad çıxardan bu xəstəxananın niyə bu günə düşdüyü barədə hansısa açıqlamada bulunacaq!
TEREF
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]