“Auto City 057” salonu səkini zəbt edib-Sakinlər şikayətçidir-Video

19-01-2026, 00:02           
“Auto City 057” salonu səkini zəbt edib-Sakinlər şikayətçidir-Video
Obyektlər səkiləri zəbt edib, sakinlər avtomobillərini park edə bilmirlər…

Paytaxtın Tbilisi prospekti 1058 ünvanında yerləşən yaşayış binasının sakinləri parklanma yerlərinin zəbt olunduğunu deyirlər.

Onların sözlərinə görə, binanın alt mərtəbəsində fəaliyyət göstərən obyektlər ərazidə onsuz da məhdud olan parklanma imkanlarını daha da çətinləşdirib.

Sakinlər əksər vaxtlarda yolun onlar üçün nəzərdə tutulmuş hissəsinin də zəbt olunduğunu iddia edirlər.

Avtosalonda satıcı kimi çalışan şəxs iddiaları təkzib edərək qeyri-qanuni fəaliyyətlə məşğul olmadıqlarını söylədi.

Hüquqşünas Şamil Paşayev isə bildirdi ki, ictimai iaşə obyektlərinin binanın avtomobil parkını tam şəkildə tutmağa əsası yoxdur.

O, əlavə edib ki, razılaşma əldə olunmazsa, sakinlər məhkəməyə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]