Masazırda normal səki mövcud deyil - Ekspert
Bu gün, 00:10

70 min əhalisi olan Abşeron rayonu, Masazır qəsəbəsində belə normal səki infrastrukturu, demək olar ki, mövcud deyil.
Bizimesr.com xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirədə deyib.
“Piyada təhlükəsizliyi sahəsində ən ciddi problemlərdən biri yaşayış məntəqələrində səkilərin çatışmazlığıdır. Piyada təhlükəsizliyinin təmin olunması üçün ilk növbədə yeni səkilərin inşası və mövcud səkilərin standartlara uyğunlaşdırılması əsas hədəf olmalıdır.
İllərdir yol hərəkəti hadisələri və təhlükəsizliklə bağlı müxtəlif qanunlar qəbul olunsa da, səki probleminin həlli istiqamətində ciddi irəliləyiş müşahidə olunmur. Problemin hansı qurumun səlahiyyətinə aid olması və məsuliyyətin bir qurumdan digərinə ötürülməsi vəziyyəti daha da çətinləşdirir”, - o bildirib.

