Türkiyədə müxalif mövqedə olan və ya hakimiyyətdən müstəqil fəaliyyət göstərən dini icmalar sıradan çıxarılır.
Bu gün, 17:28
Türkiyədə 3 gün əvvəl “Süleymançılar” dini cərəyanının liderləri, bu gün isə “Furkan” dini icmasının lideri Alparslan Kuytul və 38 üzvü həbs edildi. Deyəcəksiniz, nə yaxşı, cəhalət yayanlar həbs edilir. Xeyr. Ərdoğanı dəstəkləyən, əmaməli radikal dini qruplara toxunulmur. Müxalif mövqedə olan və ya hakimiyyətdən müstəqil fəaliyyət göstərən dini icmalar sıradan çıxarılır. Hər 2 dini qurumun böyük təşkilati şəbəkəsi, tərəfdar bazası və siyasi təsir imkanları var. Xüsusilə Süleymancılar uzun illərdir Türkiyənin seçki siyasətində müəyyən təsirə malik dini-sosial strukturdur. O üzdən hakimiyyət 2028-ci il seçkilərinə qədər özünə potensial problem yarada biləcək müstəqil dini-sosial şəbəkələri indidən zəiflətmək istəyir. Düşünürəm ki, yaxın aylarda İYİ Parti ilə əlaqəli dini çevrələrə, digər müstəqil dini təşkilatlara və AKP-dən uzaqlaşan sünni-mühafizəkar qruplara qarşı da oxşar əməliyyatlar başlayacaq. Orxan Atabəy