"Eşidəndə, çox təəcübləndim" - İsmayıl Dadaşov hansı problemini gizlədirdi? - VİDEO

Bu gün, 12:18           
"Eşidəndə, çox təəcübləndim" -
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı məşhur şair, musiqi redaktoru İsmayıl Dadaşovun həyat və yaradıcılığına həsr olunub.


Müğənni İradə İbrahimova onun sözlərinə yazılmış mahnının Türkiyədə çəkilən məşhur filmdə səsləndirilməsindən danışıb:

"Cem Yılmazın və Zafer Algözün rol aldığı "Ali Baba ve 7 Cüceler" filmində "Neyləyək, alınmadı" mahnısını ifa etdilər. Mən belə düşünürəm ki, həmin səhnə məhz bu mahnı üçün ssenariyə daxil edilib. Onlarla görüşəndə bu barədə sual vermək istəyirdim, amma həyəcandan soruşa bilmədim. Əminəm ki, həmin səhnə o mahnının səsləndirilməsi üçün xüsusi olaraq çəkilib".

Jurnalist Gülnar Muradova isə İsmayıl Dadaşovun şəxsi problemlərini ətrafına hiss etdirmədiyini bildirib:

"İsmayıl müəllim öz problemlərini o qədər ustalıqla gizlədirdi ki, onun ev problemi olduğunu biləndə çox təəccübləndim. O, bunu çox adamla bölüşmürdü. Bir dəfə gözümə başqa cür dəydi. Dedim ki, İsmayıl müəllim, nəsə olub? Dedi ki, heç, balaca bir problemim var, görək necə həll edirik. Soruşdum ki, o balaca problem nədir? Dedi ki, ev problemim var. Amma sonradan başa düşdüm ki, bu heç də balaca problem deyilmiş".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru