Hörmüz boğazı ilə bağlı qanun layihəsi təsdiqləndi

Bu gün, 10:44           
Hörmüz boğazı ilə bağlı qanun layihəsi təsdiqləndi
İran Məclisinin (birpalatalı parlamentin) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazının idarə olunmasına dair yeni qanun layihəsini təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

“Parlamentin Milli Təhlükəsizlik Komitəsində “Hörmüz boğazının və Fars körfəzinin təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi üzrə strateji tədbirlər haqqında” qanun layihəsi təsdiqlənib”, – deyə məlumatda qeyd olunub.

Avqustun 7-də İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi bildirib ki, İran parlamenti ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsinə baxır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru