Kanadada meşə yanğınları səbəbindən 20 min nəfər təxliyə edildi

Bu gün, 10:34           
Kanadada meşə yanğınları səbəbindən 20 min nəfər təxliyə edildi
Kanadanın qərbində sürətlə yayılan meşə yanğınları səbəbindən son sutka ərzində təxminən 20 min nəfər təxliyə edilib.

TEREF CNN-ə istinadən xəbər verir ki, Britaniya Kolumbiyası əyalətinin Sammerlend və Piçlend şəhərlərinin sakinləri yanğının yaşayış evlərinə yaxınlaşması səbəbindən təcili şəkildə ərazidən çıxarılıblar.

Məlumata görə, bölgələrdən birində meşə yanğını bir neçə saat ərzində təxminən 50 kvadratkilometr ərazini əhatə edib.

Təbii fəlakət səbəbindən Britaniya Kolumbiyasında avqustun 8-də fövqəladə vəziyyət elan edilib.

Avqustun 9-u səhər saatlarınadək yanğınların ümumi sahəsi təxminən 100 kvadratkilometrə çatıb.
oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru