"Dağlı" filminin ulduzu avtoqraf verərkən HUŞUNU İTİRDİ - FOTO

Bu gün, 11:38           
"Dağlı" filminin ulduzu avtoqraf verərkən HUŞUNU İTİRDİ - FOTO
"Dağlı" filmlər seriyasında Konnor Maklaud rolu ilə tanınan aktyor Kristofer Lambert Pensilvaniya ştatının Pittsburq şəhərində keçirilən "Steel City Con" tədbirində avtoqraf sessiyası zamanı huşunu itirib.

Oxu.Az bu barədə TMZ portalına istinadən xəbər verir.

Hadisə şahidinin sözlərinə görə, Lambert qəfil huşunu itirib. Bundan sonra o, təcili tibbi yardım avtomobili ilə tədbirdən aparılıb.

Aktyorun nümayəndəsi TMZ-yə bildirib ki, sənətçinin vəziyyəti hazırda yaxşıdır və o, hotel otağında istirahət edir. Nümayəndənin sözlərinə görə, Lambert ötən gecə az yatıb və gün ərzində, demək olar ki, heç nə yeməyib. Bu səbəbdən onun qanında şəkərin səviyyəsi aşağı düşüb.

"Steel City Con" Pittsburqda keçirilən pop-mədəniyyət festivalıdır. Tədbir komiks, kino və serial həvəskarlarını bir araya gətirir. Festival çərçivəsində, həmçinin tanınmış şəxslərlə görüşlər və avtoqraf sessiyaları keçirilir.

Kristofer Lambert (əsl adı Kristof Gi Deni Lamber) 1957-ci ildə Nyu-Yorkda fransız diplomatın ailəsində anadan olub. O, Cenevrədə böyüyüb və 16 yaşında Parisə köçüb. Aktyorluq karyerasına Fransada başlayan Lambert daha sonra xarici ölkələrdə də filmlərə çəkilib.

Lambertə ən böyük şöhrəti "Dağlı" filmlər seriyasındakı şotland döyüşçüsü Konnor Maklaud rolu gətirib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru