Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır

Bu gün, 00:03           
Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
Almaniyanın Saksoniya torpağında anomal istilər səbəbindən çaylarda suyun səviyyəsi kritik həddə düşüb.

TEREF xarici KİV-ə istinadən xəbər verir ki, suların çəkilməsi ilə çay yataqlarında keçmiş quraqlıq illərindən xəbər verən xüsusi nişanəli “aclıq daşları” görünməyə başlayıb.

Mütəxəssislər bu daşların ortaya çıxmasını gözlənilən məhsul qıtlığının göstəricisi sayırlar.

Elba çayındakı daşlardan birinin üzərində son 300 ilin quraqlıq tarixləri həkk olunub.

Oxşar vəziyyət Reyn, Şpree və Dunay çaylarında da müşahidə olunur.

Düsselldorf ərazisində Reyn çayında suyun səviyyəsi rekord həddə — 14 santimetrə qədər enib.
qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru