Sürücülərin NƏZƏRİNƏ: Paytaxtln bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün, 00:07           
Sürücülərin NƏZƏRİNƏ:
Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Səbail rayonunun Həsən Seyidbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyət avqustun 10-u saat 22:00-dan etibarən tətbiq olunacaq və təmir işləri başa çatanadək qüvvədə qalacaq.

Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, mümkün alternativ yollardan istifadə etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru