AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir

Bu gün, 00:01           
AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
AYNA-nın xəttə buraxdığı 217 saylı marşrut avtobusunda sərnişinlərin ödənişlə bağlı ciddi problemlə üzləşdiyi bildirilir.

Bizimesr.media xəbər verir ki, sərnişinlərin sözlərinə görə, avtobusda ödəniş aparatı bank kartından vəsaiti çıxmasına baxmayaraq, ekranda “balansınızda pul yoxdur” mesajı göstərir. Nəticədə sərnişin ödənişin həyata keçirildiyini bilmədiyi üçün eyni kartla yenidən ödəniş etməyə məcbur qalır.

Vətəndaşlar bildirirlər ki, problem yalnız 217 saylı marşrutla məhdudlaşmır. Onların sözlərinə görə, analoji hallar müxtəlif marşrut avtobuslarında da baş verir.

Sərnişinlərin narazılığını artıran əsas məqam isə problemin həll edilməməsidir. Bildirilir ki, məsələ ilə bağlı AYNA-ya müraciət edildikdə problemin “BakıKart” sistemindən qaynaqlandığı deyilir. “BakıKart”a müraciətlər zamanı isə problemin aradan qaldırılması istiqamətində konkret nəticə əldə olunmadığı qeyd edilir.

Beləliklə, sərnişinlərin sözlərinə görə, qurumlar arasında məsuliyyətin bir-birinin üzərinə atılması nəticəsində problem davam edir.

Əsas sual isə budur - Kartdan pul çıxıldığı halda, ödəniş niyə avtobusun aparatında təsdiqlənmir və sərnişinin hesabından çıxan vəsaitin taleyi necə müəyyənləşdirilir?

Məsələ ilə bağlı AYNA və “BakıKart”ın mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru