Tramp İranla yeni müharibədən niyə imtina edir? – Əsas səbəbi açıqladı

Bu gün, 11:34           
Tramp İranla yeni müharibədən niyə imtina edir? –
ABŞ prezidenti Donald Tramp İranla yeni genişmiqyaslı müharibəyə başlamaq niyyətində olmadığını nümayiş etdirərək, Vaşinqtonun hazırda Tehrana qarşı əsas strategiyasının iqtisadi təzyiqi artırmaq olduğunu bildirib.

Moderator.az “Axios” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın İrana qarşı ritorikasını tədricən yumşaltması Tramp administrasiyasının yaxın vaxtlarda yeni hərbi əməliyyatlara başlamaqdansa, Tehranın onsuz da ağır olan iqtisadi vəziyyətindən istifadə etməyə üstünlük verdiyini göstərir.

Tramp ABŞ-ın İranla bağlı strategiyasını belə izah edib:

“Biz onlarla yalnız hissə-hissə danışıqlar aparırıq. Biz sadəcə İranı – onların böyük inflyasiyasını və pullarının olmamasını izləyirik. Hər şey yoluna düşəcək. Həmişə belə olur. Bu, şahmat oyunu kimidir”.

ABŞ prezidenti İranın iqtisadi vəziyyətinin son dərəcə ağır olduğunu vurğulayıb. Onun sözlərinə görə, Tehran hətta hərbi qulluqçularına maaş verməkdə belə çətinlik çəkir.

Tramp həmçinin ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının İran iqtisadiyyatına əlavə təzyiq yaratdığını bildirib.

Beləliklə, Vaşinqtonun hazırkı yanaşması yeni hərbi eskalasiyadan daha çox, iqtisadi və diplomatik təzyiq vasitəsilə İranı güzəştlərə məcbur etməyə yönəlmiş kimi görünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru