Səməd Səmədovun ölüm səbəbi ilə bağlı Yeni Klinikadan açıqlama

24-07-2021, 20:31           
Səməd Səmədovun ölüm səbəbi ilə bağlı Yeni Klinikadan açıqlama
Xəbər verdiyimiz kimi, Xalq artisti Səməd Səmədov bu gün 74 yaşında müalicə aldığı Yeni Klinikada dünyasını dəyişib.

7times.az xəbər verir ki, klinikanın reanimatoloqu Emil Qasımov ifaçının ölüm səbəbi barədə “qafqazinfo”ya danışıb.

O bildirib ki, S.Səmədov ötən gecə klinikaya çox ağır vəziyyətdə gətirilib:

“Xəstə çox ağır vəziyyətdə tənəffüs çatışmazlığı ilə reanimasiya şöbəsinə yerləşdirildi. Ona lazımi dəstək müalicəsi göstərildi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı aşkarladıq. Kreatin dəyərləri iki yarım dəfə yüksəlmişdi. Xəstənin sidik çıxışları demək olar ki, yox idi. 15-16 saat xəstəni renimasiyada saxlaya bildik. Bütün səylərə baxmayaraq, xəstəmizdə ürək dayanması baş verdi. Ölüm səbəbi olaraq sepsis və septik şok təsbit etdik”.

Qeyd edək ki, Səməd Səmədovun koronavirusdan vəfat etdiyi bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru