QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
Bu gün, 10:48
Bəyanatda deyilir: "9 aydır saxta , şərləmə ittihamı ilə həbsdə olan savaş dostumuz, qazi jurnalist Vüqar Tofiq oğlu Məmmədovun sağlamlıq durumunun kritik həddə olması xəbərlərindən sarsılmışıq. Saxta, heç bir əsası olmayan ittihamla həbsə atılma bir yana, hətta məhbus kimi hüquqlarının pozulması, tibbi xidmətdən penitensiar müəssisənin tibb məntəqəsinə köçürülməməsi ilə imtina edilməsi ciddi rahatsəzlıq doğurur. Əcəba, bəyəm ölüm hökmü dolayı yolla bərpa edilib? Vüqar bəyin həbsinin sifariş olduğu, insanların sözünü bərkdən dediyinə görə tutulduğu artıq şübhəsizdir. İnsan hüququnu qoruyan şəxsin adi insan hüquqlarından, yaşamından məhrum edilməsi çabaları bizi növbəti dəfə açıqlama-bəyanat verməyə məcbur edir. Neyləyək, dəfələrlə penitensiar xidmətə “onlayn”- elektron qaydada müraciət etsək də, heç bir cavab verilməyib. Ədliyyə məmurlarından qazi jurnalist Vüqar Məmmədovun , heç olmasa, məhbəsdə adi insan hüquqlarını təmin etməsini, tibb məntəqəsinə köçürülməsini növbəti dəfə xahiş edirik." Məğrur Bədəlsoy, 1-ci d. Qarabağ əlili (qazi), komitənin baş katibi