Ağa Məhəmməd Şah Qacar öldürüldükdən sonra bütün Qacar şahları Rus və əsasən də İngilis generallarından asılı vəziyyətə düşmüşdülər.

Bu gün, 11:14           
Ağa Məhəmməd Şah Qacar öldürüldükdən sonra bütün Qacar şahları Rus və əsasən də İngilis generallarından asılı vəziyyətə düşmüşdülər.
Dəhşətə gəlirəm! Olduqca mühüm siyasi və geosiyasi çoğrafiyada yerləşən, iki böyük yırtıcı İmperiyanın ( Rusiya və İngiltərə) ortasında qalan, min illərlə bu ərazilərdə Türk dövlətlərinin və böyük hökmdarımız Ağa Məhəmməd Şah Qacarın varisi, Nəsrəddin şah böyük dövlət işlərilə, dünyada baş verən siyasi və geosiyasi münasibətləri düşünüb təhlil etmək əvəzinə, şah Şimali Azərbaycanı turist kimi gəzirmiş. Həqiqətən də son Qacar şahları öz sələfləri olan Ağa Məhəmməd şah Qacarın işini qətiyyən davam etdirmədilər. Ağa Məhəmməd Şah Qacar Şuşaya, Gürcüstana hücum edib torpaqlarımızı birləşdirmək üçün mübarizə aparıb. Buna görə də xarici məkirli güclər onlara oyuncaq şah olmadığı üçün öz satqınlarımızı sadəlöv uşaq kimi aldadaraq Şuşada Ağa Məhmməd Şah Qacara sui-qəst təşkil edib geosiyasi düşüncəli hökmdarımızı yox etdilər. Yeri gəlmişkən qeyd edək ki, Afşarlar dövlətinin hökmdarı Nadir şah da dünya miqyaslı böyük hökmdarımız olduğu üçün, ona da həyat yoldaşının əli ilə məişət səviyyəli intiriqalardan istifadə edərək sui-qəst təşkil etdilər. Qayıdaq Qacarlar dövlətinə. Ağa Məhəmməd Şah Qacar öldürüldükdən sonra bütün Qacar şahları Rus və əsasən də İngilis generallarından asılı vəziyyətə düşmüşdülər. Qacar şahları qətiyyən beynəlxalq sysəti bilmədən ancaq saraydaxili işlərlə məşqul idilər. Qacar şahlarının bütün xarici siyasəti və hərəkətləri İngilis generallarının "məsləhəti" ilə həyata keçirilirdi. Ona görə də düşünürəm ki, 1813 və 1828-ci illərdə olan Türkməncay və Gülüstan müqavilələrlə Azərbaycanı əslində iki yerə bölünməsinin əsas səbəbi Rusiya ilə İngiltərə imperiyalarının geosiyasi maraqları uğrunda apardığı müharibələr idi. Müqavilədə Rusiya və Qacarlar yazılsa da, Qacar dövlətini istiqamətləndirən, idarə edən İngiltərə generalları idi. Demək Azərbaycanı iki yerə bölən Rusiya ilə İngiltərə idi. Çünki, İngilis generalları, onları Qacarlara cəsuslar kimi göndərən İngiltərə Kralının və xarici işlərlə məşqul olan dövlət məmurlarının əmrlərini yerinə yetirirdilər. Bax ona görə də min illərlə Azərbaycan Türklərinin hömranlıq etdiyi bir ölkə, Qacarlar dövləti, çox rahat şəkildə farslaşdırılaraq, İran fars dövlətinə çevrildi. Məqsəd Qacarlar dövlətini özləri üçün "oyuncaq" Fars dövlətinə çevirmək idi. Bu qədər sadə məntiq. 1936-cı ildə də mehtər işləmiş Rza "şah" fərman verdi və ilk dəfə ölkənin adını rəsmi olaraq "İran" kimi qoydular.
Tahir Alekberov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru