Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi!

Bu gün, 10:24           
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ:
Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir "bazar" fəaliyyət göstərir. Dövlət xəstəxanalarının birində çəkilən və redaksiyamıza daxil olan şok görüntülər bunu sübut edir. Çöldə yüzlərlə xəstə insanın saatlarla növbə gözlədiyi bir vaxtda, qapıdakı nəzarətçilər və qeydiyyat şöbəsi cəmi 2 manat qarşılığında növbəsiz keçid təşkil edirlər. Əlinə pul alan şəxslər, can çəkən xəstələrin haqqını tapdalayaraq birbaşa həkim otağına daxil olurlar. Vətəndaşların üsyan etdiyi real görüntüləri təqdim edir və aidiyyəti qurumlara — TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sual ünvanlayırıq: Bu rüsvayçılığa kim dur deyəcək?













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru