Emin Ağalarovdan yanğın qurbanlarına dəstək - FOTO

22-05-2015, 10:14           
Emin Ağalarovdan yanğın qurbanlarına dəstək - FOTO
Bəstəkar-müğənni Emin Ağalarov təqdirəlayiq addım atıb.

ANS PRESS-in məlumatına görə, dünya şöhrətli ifaçı gələn ay Yaşıl Teatrda keçiriləcək konsert proqramından əldə edəcəyi gəliri mayın 19-da Bakıda baş verən dəhşətli hadisədə dünyasını dəyişənlərin ailəsinə verəcəyini bildirib. O, bu barədə “Instagram” və “Facebook” sosial şəbəkələrində olan səhifələrində xəbər verib.

"Dəhşətli faciədir. Həlak olanların ailəsinə başsağlığı verirəm. İyulun 16-da Yaşıl Teatrda xeyriyyə xarakterli konsertim olacaq. Konsertdən gələn gəlirlər yanğında həlak olanların ailəsinə veriləcək. Kömək etmək istəyənlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinə müraciət edə bilər", – deyə müğənni postunda bildirib.

Qeyd edək ki, Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfər isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]