“Gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar”

5-06-2024, 00:08           
“Gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar”
“Son bir ildə bütün rejimim alt-üst olub. Heç cür özümə zaman ayıra bilmirəm. Çünki işlərim çoxdur: məşqlər, tamaşalar, özəl çəkilişlər, ev qayğıları və şəxsi biznesim. Açığını deyim ki, bundan çox yoruluram. Amma büruzə vermirəm”. Pravda.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova “Sabahın xeyr, Azərbaycan!” verilişinə müsahibəsində deyib.

Aktrisa indiki gənclərin həddən artıq sərbəstliyindən söz açıb:

“Ruhum azad olmasa səhnədə ola bilmərəm. Hər hansısa bir obrazı tamaşaçıya düzgün şəkildə çatdıra bilmərəm. Həyatda risk etməyi sevirəm. Əgər bir şeyi beynimə qoydumsa gec və ya tez onu edəcəyəm. İndiki nəsil çox zəhmətkeşdir. Amma əndazə məsələsi var. Bizim dövrümüzdə çərçivələr daha çox idi. Biz elə tərbiyə almışdıq ki, bizim üçün əvvəlcə böyüklər idi. İndiki gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar. Ən ağrıdıcı tərəfi isə sadəcə budur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru