Cennifer Lopes və Ben Afflek mülklərini satışa çıxarıblar

7-06-2024, 17:04           
Cennifer Lopes və Ben Afflek mülklərini satışa çıxarıblar
54 yaşlı müğənni Cennifer Lopes və 51 yaşlı aktyor Ben Afflek evlərini satışa çıxarıblar.

ABŞ-nin məşhur cütlüyünün Beverli Hillsdəki 60 milyon dollarlıq malikanəsi daşınmaz əmlak saytında peyda olub. Ev Cey Lo və Ben Afflekin keçən il birlikdə onu aldıqları qiymətə satılır. Saytda mülkün 50 şəkilini görmək olar.

Həmçinin əmlakın təsviri də qeyd olunub. Həyətyanı sahədə təkcə əsas bina deyil, həm də qonaqlar və gözətçi üçün bitişik əlavə ev mövcuddur. Burada 15 maşınlıq qarajlar və 80 yerlik dayanacaq, həmçinin basketbol meydançası, idman zalı, boks rinqi, bar, suyu 150 dərəcəyə qədər qızdırıla bilən hovuzu olan açıq idman kompleksi var.

Xatırladaq ki, cütlük iki il ailə yuvası axtardıqdan sonra bu evi 2023-cü ildə alıb.

Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru