Selin Dion musiqi karyerasına son qoyan xəstəliyindən DANIŞDI

8-06-2024, 16:57           
Selin Dion musiqi karyerasına son qoyan xəstəliyindən DANIŞDI
Artıq bir neçə ildir ağır xəstəlikdən əziyyət çəkən, əzələ sərtliyi sindromu diaqnozu qoyulan məşhur müğənni Selin Dion avtobioqrafik sənədli filminin nümayişi ərəfəsində ilk dəfə ictimaiyyət qarşısında müsahibə verib.

Ötən il kanadalı ifaçı xəstəlik səbəbindən musiqi karyerasını bitirmək məcburiyyətində qalıb.

Hazırda 56 yaşlı Selin Dionun üzü demək olar ki, formasını itirib, ağzının ətrafında dərin qırışlar əmələ gəlib. Selin etiraf edib ki, oxumağa çalışarkən dəhşətli ağrılar yaşayır.

"Elə bir hiss var ki, sanki səni boğmağa çalışırlar", - deyə ifaçı ağrılarından şikayətlənib.

Selin Dionun fikrincə, xəstəlik ağır nəticələrə gətirib çıxara bilər.

Xatırladaq ki, Selin Dion diaqnoz barədə ilk dəfə 2022-ci ilin dekabrında açıqlama verib. Lakin o zaman sənətçinin sağalacağına ümidləri var idi. Dion hər gün idman təbabəti üzrə bir terapevtlə işləyirdi və çətinliklərə baxmayaraq, səhnəyə qayıda biləcəyinə inanırdı. Ancaq xəstəlik buna imkan verməyib. Beləliklə, 2023-cü ilin may ayında Selin Dion Avropa turnesini tamamilə ləğv etməyə məcbur olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru