"Sənətlə qazanırlar, amma xərcləməyə əlləri gəlmir"

10-06-2024, 08:08           
"Sənətlə qazanırlar, amma xərcləməyə əlləri gəlmir"
"Geyimlərimin mahnı, musiqi ilə heç bir əlaqəsi yoxdur. Bəziləri sənətə gəlib, amma ona dəyər vermirlər".

TEREF axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan həmkarı Rəşad İlyasovun "Danışır musiqi" verilişində deyib. Müğənni səhnə geyimlərindən danışıb:

"Sənətdən alırlar, amma 1 faizini sənətə hədiyyə etmirlər. Sənətdən qazanırsan, hörmət əldə edirsən. Ancaq xərcləməyə əlləri gəlmir. Xalq istəyir ki, bizi rəngarəng görsün. Mən sadə olanda yaxınlaşırlar ki, hanı sizin geyimləriniz? Tərz deyilən bir şey var. Biri var kimdənsə götürürsən, biri də var özün yaradasan. İndi bolluqdur, alırlar, geyinirlər. Amma yenilik gətirən yoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru