"Marvel Studios"un rəhbərinə Şöhrət Xiyabanında ulduz verilib

27-07-2024, 18:24           
"Marvel Studios"un rəhbərinə Şöhrət Xiyabanında ulduz verilib
"Marvel Studios"un rəhbəri Kevin Faygi Şöhrət Xiyabanında ulduz alıb.

Onu dəstəkləmək üçün Rayan Reynolds və Hyu Cekman, eləcə də "Marvel"in digər aktyorları gəlib.

"Fayfgi "Marvel" kainatını canlı və sağlam saxlayır və onsuz bunların heç biri işləmir", - Reynolds bildirib.

Cekman öz növbəsində, "İks-adamlar" filmindəki "Wolverine" rolu üçün dinləmələrdən sonra Fayginin ona bifşteks verdiyini xatırlayıb. Həmin vaxt o, rolu qazanmadığını düşünüb.

"Bilmirəm, mənə yazığı gəldimi, yoxsa başqa nəyəsə görə, mənim qayğıma qalmaq üçün vaxt ayırdı", - aktyor bildirib və Faygiyə steyk restoranı üçün 15 dollarlıq hədiyyə sertifikatı təqdim edib.
Variety












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru