Qızı Ceki Çandan imtina etdi: “O, mənim atam deyil” - FOTO

5-06-2015, 19:02           
Qızı Ceki Çandan imtina etdi: “O, mənim atam deyil” - FOTO
Məşhur Çin və Hollivud ulduzu Ceki Çanın 15 yaşlı qızı Etta U Colin atasından imtina edir.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb aktyorun işlərinin çoxluğundan qızına vaxt ayıra bilməməsi göstərilir. Etti başı karyerasına qarışan Cekini görmək belə istəmədiyini deyib:

"O, mənim atam deyil. O, mənim bioloji atamdır, həyatımda heç vaxt yeri görünməyib".

Qeyd edək ki, Ceki Çanla Ettanın anası Elani 1998-ci ildə tanış olublar. Bir neçə ay sonra qızları dünyaya gələn cütlük bir il keçib və boşanıb. Ceki mətbuata açıqlamasında Elani ilə münasibət qurmağın böyük səhv olduğunu demişdi.

Ceki Çanın Ettadan başqa, narkotik maddələrin istifadəsi və ticarətinin aparılmasına görə həbs olunmuş Ceysi adlı bir oğlu da var.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]