Elnur Hüseynov Kardaşyanın ögey bacısı ilə oxuyacaq

8-06-2015, 18:57           

8-14 iyunda Antalyada keçirilən "Business Holiday"da Azərbaycanı iki dəfə "Eurovision"da təmsil etmiş Enur Hüseynov da iştirak edəcək. Axşam.az-ın məlumatına görə, iş adamı Hikmət Eraslanın rəhbəri olduğu "Dosso Dossi Fashion Show"nun təşkilatçılığı ilə baş tutan dəfiləyə erməni model Kim Kardaşyanın ögey bacısı Kendall Cenner də qatılacaq. O, səhnədə E.Hüseynovla duet oxuyacaq. H.Eraslanin sözlərinə görə, onlar K.Kardaşyanı da gətirmək istəyiblər: "Hətta anası, həyat yoldaşı və meneceri ilə son nöqtəyə kimi gəlmişik. Rədd edə bilməyəcəkləri bir təklif etsək, bəlkə də gələr". Şouda Elnur və Cennerdən başqa rus müğənni Filipp Kirkorov və digər dünya ulduzları da səhnəyə çıxacaq. Qeyd edək ki, K.Cenner Kim Kardaşyanın şotland əsilli anası Kris Cennerin ABŞ-lı atlet Brüs Cennerdən olan böyük qızıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]