Xalq artistimiz Ağahüseyn Cavadovun maraqlı sevgi və həyat hekayəsi

Dünən, 09:04           
Xalq artistimiz Ağahüseyn Cavadovun maraqlı sevgi və həyat hekayəsi
Xalq artistimiz Ağahüseyn Cavadovun maraqlı sevgi və həyat hekayəsi: Aktyor 1918-ci ildə Surət adlı xanımla ailə qurub. Onların bu evlilikdən 7 övladı – 5 oğlu, 2 qızı dünyaya gəlib. Aktyorun 2 oğlu İkinci Dünya Müharibəsində iştirak edib. Onlardan biri əlil olub.
Ağahüseyn Cavadovun hər iki qızı müəllim olub. Hazırda onun övladlarından sağ qalanı yoxdur. Yalnız gəlini 85 yaşındadır.
1957-ci ildə xanımını iflic vurur. Aktyor həyat yoldaşını dəfələrlə müalicə etdirsə də, faydası olmur. Surət xanım 7 il yataq xəstəsi olur və 1964-cü ildə vəfat edir. Aktyor bəzən hər həftə xanımının məzarını ziyarət edib, qəbrin yanında oturaraq ürəyində həyat yoldaşı ilə dərdləşirmiş.
Həyat yoldaşını çox sevən Ağahüseyn Cavadov xanımının vəfatından sonra 17 il yaşayıb. Aktyor sağlam həyat sürüb, fiziki cəhətdən güclü olub. Səhərlər idman edər, günün müəyyən saatlarında piyada gəzərdi. Bəzən evdən teatra piyada gedərmiş.
1978-ci ildə aktyor insult keçirib. Lakin müalicə edildikdən sonra sağalıb. Aktyor 1981-ci ildə ikinci dəfə insult keçirir. Bundan sonra cəmi 3 gün yaşayıb.
Ağahüseyn Cavadov nadir aktyorlardandır ki, filmlərdə bütün rollarını özü səsləndirib.
Etibar Vəfa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]