Üç "Oskar"lı rejissor süni intellektdən istifadə etməkdənsə ölməyi üstün tutub

27-10-2025, 16:08           
Üç "Oskar"lı rejissor süni intellektdən istifadə etməkdənsə ölməyi üstün tutub
Tanınmış kinorejissor Gilyermo del Toro jurnalistlərlə son müsahibəsində gələcək filmlərində süni intellektdən istifadə etməkdənsə ölməyi üstün tutduğunu söyləyib.

Bu barədə "Variety" məlumat yayıb.

"Süni intellekt, xüsusən də generativ intellekt, məni maraqlandırmır və heç vaxt maraqlandırmayacaq. Mənim 61 yaşım var və ümid edirəm ki, ölənə qədər onun istifadəsinə laqeyd qala bilərəm. O gün kimsə mənə e-poçtla sual göndərdi: "Süni intellektdən istifadə ilə bağlı mövqeyiniz nədir?" Cavabım çox qısa oldu: "Ölməyi üstün tutardım", - rejissor əlavə edib.

Qeyd edək ki, del Toro karyerası ərzində üç "Oskar mükafatı qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]