13 milyon dollarlıq bölümlər sona çatdırdı: "Disney" "Doctor Who"dan ayrıldı
31-10-2025, 10:37

BBC "Disney" ilə "Doctor Who" filmi üzrə əməkdaşlığının başa çatdığını elan edib. Yüksək xərclər bu qərarda əsas rolu oynayıb və serial BBC-nin rəhbərliyi altında yeni xüsusi bölümlərlə davam edəcək.
Valyuta.az xəbər verir ki, "Disney Plus" üçün yeni "Doctor Who" yan serialı hazırlanırsa da, "Disney" ilə BBC arasındakı istehsal əməkdaşlığı bitib.
BBC açıqlayıv ki, Nkuti Qatvanın baş rolda olduğu iki mövsümün ardından "Disney" artıq "Doctor Who" serialının ortaq istehsalçısı olmayacaq.
BBC-nin dram direktoru Lindsi Salt bildirib ki, "Disney Plus" möhtəşəm bir qlobal iş ortağı olub və o, tezliklə tamaşaçı ilə görüşəcək "The War Between the Land and the Sea" adlı yan serialdan da danışıb.
Salt vurğulayıb ki, "Disney Doctor Who" əməkdaşlığından çəkilsə də, BBC serialı davam etdirməyə qərarlıdır və ssenarist Russell T Davies 2026 üçün yeni bir Yeni il xüsusi bölümünü yazacaq:
"BBC "Doctor Who" serialına tam bağlılığını davam etdirir. Bu, hələ də ən sevilən seriallarımızdan biridir. Russell T Daviesin 2026 üçün bizə möhtəşəm bir Yeni il xüsusi bölümü yazmaq üçün razılıq verməsi bizi çox sevindirir. Fanatlarımız əmin olsunlar: "Doktor" heç yerə getmir. Serialın gələcəyi ilə bağlı planlarımızı tezliklə paylaşacağıq və TARDIS BBC-nin qəlbində yerini qoruyacaq".
"Deadline" xəbərinə görə, "Disney" ilə çəkilən "Doctor Who" bölümlərinin hər biri təxminən 13 milyon dollara başa gəlib. Bu yüksək istehsal xərci, Disney-in əməkdaşlığı bitirmə qərarında mühüm rol oynayıb. Görünür, BBC bundan sonra serialın köklərinə və fanatların nostalji gözləntilərinə daha çox diqqət yetirəcək.

