Rusiyada Hüseyn Həsənov yenidən axtarışa verildi

4-11-2025, 15:24           
Rusiyada Hüseyn Həsənov yenidən axtarışa verildi
Rusiya hakimiyyəti pulların yuyulmasında şübhəli bilinən azərbaycanlı milyonçu bloqer Hüseyn Həsənovu yenidən axtarışa verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasındakı qeydə əsasən bəlli olub.

Xatırladaq ki, Həsənov mayın 14-də cinayət maddəsi ilə axtarışa verilib. Ona Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin "b" bəndinə uyğun olaraq ("cinayət nəticəsində əldə edilmiş külli miqdarda pulların və ya digər əmlakın leqallaşdırılması (yuyulması)") ittiham irəli sürülüb. Daha sonra bloqerin vəkili Dmitri Kozyaykin Həsənovun Rusiyaya qayıtmaq məsələsini nəzərdən keçirdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]