Məşhur türkiyəli şoumen: "Arvadlarımdan birinə çox haqsızlıq etdim, kaş ondan ayrılmazdım"

9-11-2025, 12:34           
Məşhur türkiyəli şoumen: "Arvadlarımdan birinə çox haqsızlıq etdim, kaş ondan ayrılmazdım"
"Arvadlarımdan birinə çox haqsızlıq etdim, kaş ondan ayrılmazdım. O, saf və məsum idi".

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu məşhur şoumen Mehmet Ali Erbil deyib.

Erbil bütün arvadlarına xəyanət etdiyini də açıqlamaqdan çəkinməyib.

Şoumen adını çəkməsə də, boşandığına təəssüflədiyi sabiq həyat yoldaşının Sedef Altuntaş olduğu iddia edilir. Tanınmış aparıcı onunla 2001-ci ildə evlənib və ilyarımdan sonra ayrılıblar.

Xatırladaq ki, 68 yaşlı şoumen 6 dəfə ailə həyatı qurub. Onun sonuncu arvadı 42 yaş özündən kiçik olan Gülseren Ceylandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]