İki saatlıq konsertdən 14 milyon qazanacaq

10-11-2025, 07:54           
İki saatlıq konsertdən 14 milyon qazanacaq
Yeni il yaxınlaşdıqca, Yeni il gecəsi səhnəyə çıxacaq müğənnilərin alacaqları məbləğlər də bəlli olmağa başlayıb. İddialara görə, bu il rekord qonorar alacaq ad Tarkan olacaq.

Milyonlarla manatlıq qonorar alacaq müğənnilər arasında zirvədə Tarkan yer alır, onu isə Ebru Gündeş izləyir.

31 dekabr gecəsi Kipr–Girnə şəhərində bir oteldə gecə saat 12-dən az öncə səhnəyə çıxacaq Tarkanın, cəmi 2 saat davam edəcək proqramdan 14 milyon lirə qazanacağı bildirilir.

Tarkanı izləyəcək digər ad isə Ebru Gündeş olacaq. Yeni il gecəsi Antalyada səhnəyə çıxacağı deyilən Ebru Gündeşin 10 milyon lirə qonorar alacağı iddia olunur.
Bundan əlavə, Yeni il konsertlərində Sibel Can 8 milyon lirə, Ajda Pekkan, Kenan Doğulu və Yıldız Tilbe isə hər biri 7 milyon lirə alacaq. \\Ölkə.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]