"Kalmar oyunu" serialının 81 yaşlı aktyoru cinsi təcavüz ittihamından bəraət aldı

12-11-2025, 16:18           
"Kalmar oyunu" serialının 81 yaşlı aktyoru cinsi təcavüz ittihamından bəraət aldı
Cənubi koreyalı aktyor O Yen Su cinsi təcavüz ittihamı üzrə günahsız bilinib.

Oxu.Az xəbər verir ki, bu barədə "Korea JoongAng Daily" məlumat yayıb.

Məlumata görə, "Netflix"in məşhur "Squid Game" ("Kalmar oyunu") serialının ulduzu məhkəmədə bəraət alıb.

Ali Məhkəmə aktyorun əvvəlki məhkumluğunu və regional məhkəmənin verdiyi iki il müddətinə azadlıqdan məhrumetmə qərarını ləğv edib.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında O Yen Su Seulda tamaşada iştirak edərkən gənc əməkdaşa qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunub. Hadisə 2017-ci ilin avqust ayında yaşanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]