Muazzez Abacının sərvəti 1,2 milyard dollar dəyərində qiymətləndirilir 14-11-2025, 17:24 Türkiyənin 78 yaşında vəfat edən tanınmış müğənnisi Muazzez Abacının mirası ilə bağlı iddialar ölkə gündəmini zəbt edib."Haber Global" telekanalı xəbər verir ki, ifaçı İstanbulun müxtəlif rayonlarında daşınmaz əmlaklara sahibdir.Belə ki, onun Tuzla rayonunda villası, Kuzquncuk və Şişli rayonlarında mənzilləri, bankda nağd vəsaiti və bir avtomobili var.Bəzi mənbələr onun sərvətinin dəyərinin 1.2 milyard dollardan çox olduğunu iddia edirlər.Qeyd edilir ki, Abacının bütün sərvəti onun tək övladı olan qızı Saba Abacıya qalacaq. Facebook-da paylaş