Mədəniyyət Nazirliyinə qarşı qara piyarın "ağsaqqalı" o imiş - Sensasion səs yazısı VİDEO

22-11-2025, 08:34           
Mədəniyyət Nazirliyinə qarşı qara piyarın "ağsaqqalı" o imiş -
Son günlər Mədəniyyət Nazirliyinə qarşı qaralama kampaniyası başlayıb. Bir sıra sənət adamları və mədəniyyət nümayəndələri bir şəxsin fonunda nazirliyə qarşı ağır ittihamlar səsləndirirlər. Sənət adamlarının birdən-birə ölkənin ən önəmli qurumlarından birinə qarşı belə ittihamlar səsləndirməsi təəccüblü görünür.

Manset.az məsələ ilə bağlı bir sıra araşdırmalar aparıb.
Araşdırmalar nəticəsində məlum olub ki, həmin mədəniyyət və incəsənət nümayəndələrinə “ağsaqqallıq” edən nəğməkar şair, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Onun qızı Almaxanım Əhmədli ilə Mədəniyyət Nazirliyində çalışan Mənzər Nurəliyeva arasında yaranmış şəxsi problem Vüqar Əhməd və qızı tərəfindən bu müstəviyə daşınıb.
Nəzərə alsaq ki, Vüqar Əhməd nəğməkar şairdir və bir çox müğənnilər onun sözlərinə mahnılar ifa edirlər, deməli onun tapşırıqlarının yerinə yetirilməsi də çətin görünmür.
Vüqar Əhmədin və qızı Almaxanım Əhmədlinin təşəbbüsünə bir çox sənət adamları qoşularaq Mədəniyyət Nazirliyinə qarşı əsassız və ağır ittihamlar səsləndiriblər. Xəbər portalımızda bu qrupa məhz Vüqar Əhmədin “ağsaqqallıq” etməsi ilə bağlı təkzibedilməz və əsaslı səs yazısı var.
Həmin sensasion səs yazısını təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]