Ötən əsrin ən qorxulu filmlərinin adları açıqlanıb
22-11-2025, 16:44
Ötən əsrin ən qorxulu filmlərinin adları açıqlanıb.
"Collider"in seçiminə görə, birinci yerdə Con Karpenterin "The Thing" filmi qərarlaşıb. 1982-ci ildə çəkilən film insanları öldürən yadplanetlilərlə qarşılaşan qütb tədqiqatçılarının hekayəsindən bəhs edir.
Stiven Spilberqin "Jaws" (1975) filmi ikinci olub. Ekran əsərinin süjet xətti adada insanlara hücum edən böyük köpəkbalığı ətrafında cərəyan edir.
İlk üçlüyü İsiro Hondanın "Qodzilla" (1954) filmi tamamlayır. Film Sakit okeanın dibində milyonlarla ildən sonra oyanan dinozavrdan bəhs edir.