Sənətçilər SOS siqnal verdilər: "Başımıza bir iş gəlsə..."
24-11-2025, 15:01
AÇIQ MÜRACİƏT Biz, aşağıda adları qeyd olunan sənət adamları: Almaxanım Əhmədli Təranə Mahmudova Şəhriyar Musayev Nura (Aynurə) Suri məlumat veririk ki, Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı tərəfimizdən səsləndirilmiş açıqlamalardan sonra bizim səhnə fəaliyyətimizdə, şəxsi həyatımızda və sair baş verə biləcək hər hansı neqativ hal və ya xoşagəlməz - zərər verə biləcək hadisə ilə bağlı bütün məsuliyyətin Mənzər Nurəliyevanın üzərinə düşdüyünü ictimaiyyətə bildiririk. Qeyd edirik ki, onun müxtəlif qurumlarla geniş əlaqələrə malik olması səbəbindən ailə üzvlərimizdə narahatlıq yaranmışdır. Bu müraciət həmin narahatlığın əsaslı şəkildə qeydə alınması və mümkün risklərin əvvəlcədən qeyd olunması məqsədi daşıyır. Нура Сури