Azərbaycanlı bloger canlı yayımda döyüldü - Video

29-11-2025, 08:45           
Azərbaycanlı bloger canlı yayımda döyüldü - Video
"Subo" ləqəbi ilə tanınan azərbaycanlı bloger Sübhan Məmmədov canlı yayım zamanı döyülüb.

Axşam.az xəbər verir ki, hadisə Dubayda baş verib.

Buna səbəb isə blogerin MMA döyüşçüsü Şovhal Çurçayev ilə uğursuz zarafatı olub. "Subo" bildirib ki, Çurçayev UFC rəhbəri qarşısında diz çökərək ondan yarışlara dəvət edilməsini xahiş edib.

İdmançı isə bunu özünə təhqir hesab edib və onu döyməyə başlayıb.

Qeyd edək ki, bu ilin əvvəlində "Subo" Rusiya vətəndaşlığından məhrum edilib və onun ölkəyə girişi qadağan olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]