400 ildən çox müddətdə itirilmiş hesab edilən rəsm əsəri milyonlarla avroya satıldı

1-12-2025, 16:08           
400 ildən çox müddətdə itirilmiş hesab edilən rəsm əsəri milyonlarla avroya satıldı
400 ildən çoxdur ki, itirilmiş hesab edilən Peter Paul Rubensin "Məsih çarmıxda" əsəri hərraca çıxarılıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, tədbir Parisin Versal sarayında baş tutub.

Hərrac 500 000 avrodan başlayıb və qiymət 2.3 milyon avroyadək yüksəlib. Rəsm əsərini satın alan müştərinin adı hələ açıqlanmayıb.

Qeyd edək ki, rəsm əsəri 2024-cü ilin payızında Fransa paytaxtının tarixi Monparnas məhəlləsində, Lüksemburq Bağlarının yaxınlığında yerləşən malikanənin satışına hazırlıq işləri zamanı aşkar edilib. Ekspert müayinəsi 105.5 x 72.5 sm ölçüdə olan palıd lövhə üzərindəki rəsmin həqiqiliyini təsdiqləyib.

Təxminən 1620-1625-ci illərdə çəkilmiş rəsm əsərində qaranlıq səma fonunda çarmıxda İsa Məsih təsvir olunub. Onun arxasında Qolqofa dayanır və buludların kölgəsində günəşli Qüdsə mənzərə açılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]