Walt Disney-in “Zootopia 2” animasiya filmi Şükran Günü həftəsonunda dünya üzrə 556 milyon dollar gəlir əldə edib və bayram mövsümünə güclü start verib.
Valyuta.az xəbər verir ki, gəlirin yarısına yaxın hissəsi Çindən gəlib. Film ölkədə 272 milyon dollar toplayaraq, 2016-cı ilin “Zootopia” rekordunu keçib və Hollivudun Çində ən çox gəlir gətirən animasiya filmi olub.
Universal Pictures-in “Wicked: For Good” filmi isə ümumilikdə 393,3 milyon dollara çatıb.
“Zootopia 2” ABŞ və Kanadada 156 milyon dollar yığıb. Disney rəhbərliyi bunu bayram mövsümünə güclü başlanğıc kimi qiymətləndirib.
Komscore-un məlumatına görə, hazırda Şimali Amerikada ildə ümumi bilet satışı 7,8 milyard dollardır - bu, 2019-cu ildən hələ də 23% aşağıdır.